Menu

WEBMAİL

AZE | ENG RUS

- Aylıq əmək haqqı artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncam imzalayıb. 

Prezident Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıb ki, minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilsin.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncama görə, "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilib.

trend.az

Go Back

Comments for this post have been disabled.