Menu

WEBMAİL

AZE | ENG RUS

Konsaltinq işlərinin nəticəsi yalnız nəzəri tövsiyyələrin verilməsi deyil, həmçinin hər müştərinin problemləri üzrə konkret həll yollarının praktikasını tətbiq etməkdir. Hər müştəriyə fərdi yanaşma, onun tələblərinə əsaslanma bizə müxtəlif iqtisadi sahələrə: metallurqiya, elektroenergetika, çıxarma, avtomobil sənayəsi, ticarət və digər sahələrə aid olan xeyli sayda Azərbaycanın və xarici şirkətlərin etibarını qazanmağa imkan yaradıb. Müştərilərimizin siyahısına müxtəlif biznes sahələrinin və mülkiyyət növlərinin nümayəndələri daxildir.

Alfa Audit şirkəti mühasibat, audit, huquqi, vergi və s. sahədə konsaltinq xidmətlərini təklif edir. Hər hansı bir sual/problemlə üzləşdikdə, onun həlli üçün günlərlə fikirləşərək vaxt itirmək yerinə, Alfa Audit şirkətinə müraciət edərək peşəkarların təcrübələrindən yararlanmağınız daha məqsədə uyğundur. Çünki Biz, bu sahədə istənilən sualı cavablandıra və problemi həll etməyə qadirik.

Aşağıdakı konsaltinq xidmətləri Sizin ixtiyarınızdadır:

Suallar üzrə konsaltinq
  • Mühasibat uçotu və mühasibat (maliyyə) hesabatı
  • Vergitutma 
  • BMUS tətbiq edilməsi
  • İdarəetmə uçotu, xərclərin idarə edilməsi və məhsuldarlıq
  • Maliyyələşdirmə və büdcə
  • Müəssisənin restrukturlaşdırılması
  • Korporativ idarəetmə
  • Strateji menecment
  • Tarif siyasəti

Sistemlərin işlənməsi / optimizasiyası
Aşağıdakı suallar üzrə müəssisəyə səfər imkanı ilə seminar və treninqlərin keçirilməsi

  • İdarəetmə uçotunun
  • Budcələşdirmənin 
  • Daxili nəzarətin
  • Sənədlərin dövriyyəsinin və müəssisənin məlumat axınlarının
  • Vergi uçotunun

İnvestisiya layihələrinin, biznes-planların, investisiya memorandumlarının işlənməsi və analizi

Biznesin inkişafı stroteqiyasının analizi və işlənməsi. Şirkətin fəaliyyət möstərdiyi daxili və xarici mümütün diaqnostikası, sprateji məqsədlərin qurulması, strateji inkişafın alternativlərinin analizi, stroteqiyanın daxil edilməsi prosesinin monitorinqi

Şirkətin təşkilatçı strukturunun optimallaşdırılması