Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin mənimsəməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
- Vergi auditi: müəssisənin AR vergi qanunvericiliyinə əməl etməsinin yoxlanılması, vergi hesabatlarının düzgünlüyünün təsdiq edilməsi;
- Fiziki və hüquqi şəxslərin verginin hesablanması və ödənilməsi üzrə konsultasiyası;
- Vergi yoxlamalarının müşahidəsi. Vergi yoxlamasının aktı üzrə etirazların hazırlanması;
- Vergi mübahisələrinin aparılmasında yardım:
• yuxarı vergi orqanına apelyasiya şikayətinin hazırlanması, • ərizələrin, şikayətlərin, xahişlərin və digər prosessual sənədlərin hazırlanması, • məhkəmə orqanlarında vergi ödəyicisinin maraqlarının təmsil edilməsi; |
Vəzifəli şəxslərin müəssisənin vergi mübahisələri ilə bağlı cinayət işləri üzrə müdafiyəsi;
- Nəzərdə tutulan sazışlərin vergi nəticələrinin qiymətləndirilməsi;
- Vergi planlaşdırma sisteminin qurulması;
- Vergi uçotunun aparılması, vergi bəyannamələrinin tərtib edilməsi və AR qanunvericiliyi əsasında ödəniləcək vergilərin hesablanması;
- Vergi uçotunun qurulması və ya bərpa edilməsi;
- Vətəndaşlara fiziki şəxslərin gəlirləri üzrə bəyannamələrin doldurulmasında yardım;
- Vergitutma və mühasibat uçotunun məqsədləri üçün uçot siyasətinin işlənməsi və funksiyası;
- Vergi sualları üzrə seminarların keçirilməsi.