– Aylıq əmək haqqı artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncam imzalayıb.  Prezident Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıb ki, minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilsin. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının […]

– Alfa Audit – Gürcüstan

Əziz müştərilər, Alfa Audit şirkəti xidmət auditoriyasını genişləndirərək, Gürcüstanın Tbilisi şəhərində yeni filialının açılmasına nail oldu. Gürcüstanda fəaliyyət göstərən yeni filialımız “Alfa-Audit Tbilisi” adı altında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.  Daima inkişafı düşünən dinamik komandamız Gürcüsanın yerli şirkətləri ilə yanaşı, həm də xarici şirkətlərin Gürcüstandakı filialları/nümayyəndəlikləri ilə də uzunmüddətli əməkdaşlığı planlayır. “Alfa-Audit Tbilisi”-nin əlaqələri: Ünvan: […]

– Vergilər Məcəlləsinə dəyişiklik

Milli Məclis plenar iclasında Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsini qəbul edib. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə iclasda çıxışında deyib ki, ümumilikdə bu dəyişikliklər vergi sisteminin təkmilləşdirilməsinə, vergi yükünün azaldılmasına, vergi mədəniyyətinin yüksəldilməsinə istiqamətlənib. Vergi qanunvericiliyinə dəyişikliklər gəlir vergisinin maksimum dərəcəsinin 30-dan 25 faizədək azaldılmasını və 2008-ci ildən qüvvədə […]