MÜHASİBAT UÇOTU

Mühasibat uçotu biznesin və iqtisadiyyatın dili hesab olunur. Bu dil vasitəsi ilə müəssisələrin keçmiş və hazırki vəziyyətini öyrənmək, eyni zamanda gələcəyi haqqında proqnozlar yürütmək mümkündür. Mühasibat uçotu dedikdə, müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyətini pul ifadəsində sənədləşdirilməsi və bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemi nəzərdə tutulur. Başqa sözlə desək, şirkətlərin fəaliyyətində ən önəmli sahələrdən biri məhz mühasibat sahəsidir. Təbii ki, belə önəmli sahəyə də məhz zəngin təcrübəyə malik peşəkarlar nəzarət etməlidir. 

Maliyyə və vergi sahəsində zəngin təcrübəsi olan professionallar qrupu tərəfindən yaradılmış “Alfa Audit” şirkəti Azərbaycanda maliyyə, audit, hüquq, vergi planlaması, konsaltinq və mühasibatlıq sahəsində peşəkarlığa, şəffaflığa və dəqiqliyə əsaslanan xidmətlər göstərir. Müştərilərə operativ və yüksək keyfiiyyətli xidmətlər təklif etməyimiz sayəsində “Alfa Audit” Azərbaycanın ən böyük auditor-konsaltinq şirkətlər qrupuna daxil olmuşdur. Əsas işimiz – müştərilərə rəqabətli biznesin qurulmasında yardımçı olmaqdır.

“Alfa Audit” şirkətinin qazandığı etibarın təməlində, Azərbaycanın və digər ölkələrin elitasına daxil olan müştərilər ilə uzunmüddətli və müvəffəqiyyətli əməkdaşlıq durur. Bu əməkdaşlığın zamini isə peşəkarlığımız, məsuliyyətimiz və komandamızın davranış etikasıdır.

Xəbərlər

Faydalı Məlumatlar

Peşəkar komandamız Sizin istənilən sorğunuzu cavablandırmağa hazırdır.