Alfa Audit şirkəti xidmət auditoriyasını genişləndirərək, Gürcüstanın Tbilisi şəhərində yeni filialının açılmasına nail oldu. Gürcüstanda fəaliyyət göstərən yeni filialımız “Alfa-Audit Gürcüstan” adı altında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

Daima inkişafı düşünən dinamik komandamız Gürcüsanın yerli şirkətləri ilə yanaşı, həm də xarici şirkətlərin Gürcüstandakı filialları/nümayyəndəlikləri ilə də uzunmüddətli əməkdaşlığı planlayır.

“Alfa-Audit Gürcüstanın”-nin əlaqələri:

Ünvan: 16/28, Mirtshculava küç., Tbilisi, Georgia

Tel: (+99 595) 22 72 04

E-mail: [email protected] | [email protected]

Alfa Audit Gürcüstan aşağıdakı xidmətləri göstərir:

  • Gürcüstanın milli mühasibat uçotu standartlarına uyğun maliyyə (mühasibat) auditi
  • Beynəlxalq maliyyə uçot standartlarina uyğun maliyyə hesabatının auditi
  • Daxili nəzarət sisteminin qiymətləndirilməsi
  • Mühasibat uçotunun aparılması, mühasibat (maliyyə) hesabatlarının formalaşdırılması (Fiziki və hüquqi şəxslərin fəaliyyətinin tam mühasibat müşayiəti)
  • Mühasibat uçotunun qurulması və/və ya bərpa edilməsi (mühasibat uçotunun aparılması üzrə konsultasiyalar)
  • Vergi qoyma və vergi planlaşdırılması
  • Vergi yoxlamaları zamanı təşkilatın maraqlarının təmsil olunması, vergi yoxlaması aktlarına etirazların hazırlanması
  • Vergi auditi: müəssisənin AR vergi qanunvericiliyinə əməl etməsinin  yoxlanılması, vergi hesabatlarının düzgünlüyünün təsdiq edilməsi
  • Fiziki və hüquqi şəxslərin verginin hesablanması və ödənilməsi üzrə konsultasiyası
  • Vergi yoxlamalarının müşahidəsi. Vergi yoxlamasını aktı üzrə etirazların hazırlanması
  • Vergi, əmək, valyuta, gömrük, administrativ və cinayət (iqtisadi fəaliyyətlə əlaqədar) qanunvericiliyi ilə əlaqədar sualların konsultasiyası
  • Mülki-hüquqi, vergi və administrativ məsələlər üzrə məhkəmə işlərinin aparılmasında yardım

Xəbərlər

Faydalı Məlumatlar

Peşəkar komandamız Sizin istənilən sorğunuzu cavablandırmağa hazırdır.