“Alfa Audit” auditor şirkətinin əsası 2001-ci ildə qoyulmuşdur.

Yaradıldığımiz gündən etibarən hər ötən il ərzində gərgin işlər nəticəsində, şirkətimizin müstəqilliyini artıraraq şəxsi fəlsəfəmizi formalaşdırmışıq. Bu prinsiplərə riayət edərək, “Alfa Audit” şirkəti maliyyə bazarında aparıcı mövqeyi tutmağa və özünün professional, ardıcıl və savadlı işləmək bacarığını sübut etməyə nail olmuşdur. Hal hazırda “Alfa Audit” – Azərbaycanın audit, mühasibat uçotu, maliyyə, hüquq və idarəetmə məsləhətləri sahəsində xidmət göstərən aparıcı şirkətlərdən biridir. 

“Alfa Audit” MMC 2001-ci ildən etibarən Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvüdür (30 yanvar 2001 tarixli, AT 027 saylı lisenziya).

“Alfa Audit” şirkəti milli bazar üçün nadir olan kadrlar, texnologiya və təcrübəyə malikdir. Məhz bu xüsusiyyətlər “Alfa Audit” şirkətini Azərbaycanda audit və konsaltinq sahəsində liderlər siyahısına daxil olmaq imkanını yaradıb. Audit və konsaltinq xidmətləri sahəsində yüksək naliyyətlərə müvəffəq olmaq, ilk növbədə ən çətin məsələləri həll etməyi bacaran yüksək peşəkar mütəxəssislər sayəsində baş tutması danılmaz bir faktdır.

Kollektivin təməlini təşkil edən işçilərimiz şirkətin yarandığı gündən etibarən bizimlədirlər. Hər zaman maliyyə uçotu, hüquq və idarəetmə sahələrində ən təcrübəli mütəxəssisləri axtararaq şirkətimizdə işləməyə dəvət edirik, daima işçilərimizi təlimləndiririk, ixtisaslaşdırılmaya və əlaqəli sahələrdə yeni biliklərə sahib olmağa stimullaşdırırıq.

Mütəxəssislərimiz iqtisadiyyatın müxtəlif sahələrində böyuk təcrübəyə malik olmaqla yanaşı, maliyyə, hüquq, idarəetmə və marketinq sahələrində geniş biliklərə sahibdirlər. “Alfa Audit” şirkətində işləyən auditorların və məsləhətçilərin peşəkar xüsusiyyətləri müvafiq milli və beynəlxalq diplom və sertifikatlarla təsdiq edilmişdir. Mütəxəssislərimiz iri aksioner cəmiyyətlərində və tabe cəmiyyətlərdə əsas fəaliyyətlə bağlı xidmətlər üzrə auditin keçirilməsi təcrübəsinə malikdirlər.

Bizim əməkdaşların yüksək peşəkarlığı, geniş sahə təcrübəsi və mükəmməl üsullardan istifadə etməsi keçirilən işlərin effektivliyinə və əmək sərfiyyatının azalmasına əhəmiyyətli dərəcədə kömək edir. Bütün bunlar xidmətlərin yüksək keyfiyyətlə və münasib qiymətlə təqdim edilməsini təmin edir. 

Əminliklə deyə bilərik ki, “Alfa Audit” şirkəti effektiv və qarşılıqlı faydalı əməkdaşlıq üçün bütün xüsusiyyətlərə malikdir və aşağıdakı üstünlüklərə və güclü tərəflərə sahibdir:

  • Audit və konsaltinq sahəsində uzunmüddətli təcrübəsi olan yüksək kvalifikasiyalı və səriştəli heyyət;
  • Müştərinin xidmətləndirilməsində kompleks şəklində yanaşma, daha dəqiq desək həm vergitutma, həm də digər hüquq sahələrində səriştəsi olan auditorların, maliyyə analitiklərinin, biznes-konsultantlarının, hüquqşunasların birgə çalışması;
  • Sifarişçinin ehtiyaclarının detallı öyrənilməsi, müştəriyə lazım olan xidmət həcminin müəyyənləşdirilməsi və buna uyğun münasib qiymətin təyin edilməsi  nəticəsində yaranan yüksək rəqabət aparma bacarığı;
  • Reytinqlərlə müəyyənləşdirilmiş qərəzsiz etibar və nüfuz.

Xəbərlər

Faydalı Məlumatlar

Peşəkar komandamız Sizin istənilən sorğunuzu cavablandırmağa hazırdır.