Hazırki dövrdə ştat üzrə bir təcrübəli mühasib işə qəbul etməkdənsə, profesional mühasibatlar komandası ilə müqavilə imzalamaq daha əlverişli və effektivdir. Siz “Alfa Audit” MMC ilə müqavilə imzalamaqla təşkilatınız üçün peşəkar mühasibat xidmətlərini təcrübəli mühasiblər tərəfindən nəzarət olunmasını əldə edirsiniz. Bu halda həm büdcəyə qənaət etmək, eləcədə səhvsiz mühasibat əməliyyatları aparmaq üstünlüyünü qazanırsınız.

Mühasibat uçotu – vacib və mürəkkəb bir sistemdir. Bəzən müəssisənin gələcəyi, bu sistemin düzgün və effektiv qurulmasından asılıdır. Təklif etdiyimiz xidmətin işi müəssisənin daxili idarəetmə hesabatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər mühüm rol oynayır.

Alfa Audit şirkətinin mühasibatlıq xidmətlərinə aşağıdakılar daxildir:

  • Mühasibat uçotunun aparılması, mühasibat (maliyyə) hesabatlarının formalaşdırılması (Fiziki və hüquqi şəxslərin fəaliyyətinin tam mühasibat müşayiəti)
  • Rüblük və illik hesabatların müvafiq nəzarətedici orqanlara (Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiəsi Fondu, Statistika İdarəsi, Məşğulluq İdarəsi) təqdim edilməsi
  • “Sıfır” hesabatlarının verilməsi
  • Mühasibat uçotunun qurulması və/və ya bərpa edilməsi (mühasibat uçotunun aparılması üzrə konsultasiyalar)
  • Müəssisənin əsas vasitələrinin inventarizasiyası
  • Debitor və kreditor borcunun analizi və inventarizasiyası
  • Vergi qoyma və vergi planlaşdırılması
  • Vergi yoxlamaları zamanı təşkilatın maraqlarının təmsil olunması, vergi yoxlaması aktlarına etirazların hazırlanması
  • Uçot siyasətinin işlənilməsi və optimallaşdırılması (müəssisənin hesabat siyasətinin hazırlanması və ilkin hesabat sənədlərinin tərtibi)
  • Müəssisənin kadrlar uçotunun aparılması

Əldə edəcəyiniz üstünlüklər:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun olaraq mühasibat müşayiəti
  • Mühasibat uçotunun aparılması prosesində büdcənizə qənaət
  • Mühasibat, vergi və statistik hesabatların verilməsi zamanı gecikmələrin və cərimələrin olmaması
  • Əlavə olaraq vergi qoyma, maliyyə və mühasibat hesabatı məsələləri üzrə təmənnasız konsultasiyalar
  • Peşəkar və təcrübəli komandanın müəssisənizə milli və beynəlxalq muhasibat uçotu standartlarına uyğun nəzarəti