Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin mənimsəməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

  • Vergi auditi: müəssisənin AR vergi qanunvericiliyinə əməl etməsinin yoxlanılması, vergi hesabatlarının düzgünlüyünün təsdiq edilməsi;
  • Fiziki və hüquqi şəxslərin verginin hesablanması və ödənilməsi üzrə konsultasiyası;
  • Vergi yoxlamalarının müşahidəsi. Vergi yoxlamasının aktı üzrə etirazların hazırlanması;
  • Vergi mübahisələrinin aparılmasında yardım:

    1. yuxarı vergi orqanına apelyasiya şikayətinin hazırlanması,
    2. ərizələrin, şikayətlərin, xahişlərin və digər prosessual sənədlərin hazırlanması,
    3. məhkəmə orqanlarında vergi ödəyicisinin maraqlarının təmsil edilməsi;

  • Vəzifəli şəxslərin müəssisənin vergi mübahisələri ilə bağlı cinayət işləri üzrə müdafiyəsi;
  • Nəzərdə tutulan sazışlərin vergi nəticələrinin qiymətləndirilməsi;
  • Vergi planlaşdırma sisteminin qurulması;
  • Vergi uçotunun aparılması, vergi bəyannamələrinin tərtib edilməsi və AR qanunvericiliyi əsasında ödəniləcək vergilərin hesablanması;
  • Vergi uçotunun qurulması və ya bərpa edilməsi;
  • Vətəndaşlara fiziki şəxslərin gəlirləri üzrə bəyannamələrin doldurulmasında yardım;
  • Vergitutma və mühasibat uçotunun məqsədləri üçün uçot siyasətinin işlənməsi və funksiyası;
  • Vergi sualları üzrə seminarların keçirilməsi.